Bu gündən etibarən 10 noyabr tarixinədək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi, Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti dəyişdirilib.
Marşrutlar üzrə edilən dəyişikliklərə əsasən - 197 və 198 nömrəli marşrutlar son dayanacaq məntəqəsi Zabrat dairəsi olmaqla fəaliyyət göstərəcək;
- 15 sayda (7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8) marşrutun son dayanacaq məntəqəsi "Ulduz" metrostansiyası təyin edilib.
15, 148 və 162 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Qara Qarayev" metrostansiyası, 166 , 38, 62, 70, 184 və 214 nömrəli marşrutlar "Koroğlu" NMM-ə daxil olmadan fəaliyyət göstərəcək.
Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırıb. H1 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik nəzərdə tutulmayıb.
10 noyabr tarixindən sonra qərara dəyişikilik olarsa ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.