Sabunçu rayonu, Zabrat qəsəbəsinin sakinləri suyun içərisində yaşamağın yolların axtarırlar.
Xezerxeber.az-ın xəbərinə görə, hətta sakinlər artıq suyun qurdladığını da idda edirlər.
Aidiyyatı qurumlara dəfələrlə müraciət olunsa da vəziyyət davam edir.
Sakinlər deyirlər ki, evləri bir aydır suyun içərisində qalıb. Yeni tikdirdiyi evin çat verdiyini iddia edənlər də oldu.
Onların iddiasına görə, problemin kökü Ramanı qəsəbəsinin kanalizasiya sistemindəki problemdir.
Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, problem kanalizasiya xəttində yaranmış tıxanmadan baş verib. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, ərazidəki vəziyyət qiymətləndirilib,müvafiq addımlar atılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.