Bütün kiçik obyekt və mağazalarda, hətta qəssabxanalarada da pos-terminal olub-olmaması ilə bağlı yoxlanışlara başlanılıb.
Dövlət Vergi Ximdəti bütün obyekt və mağazalara xəbərdarlıq edib.
Qurumdan "Xəzər Xəbər"ə bildirilib ki, təkcə bu dünən 120-yə yaxın obyektdə müştərilərə sistematik şəkildə kartdan-karta köçürmələr etmək təklif olunduğu müəyyən edilib.
Nazirlər Kabinetinin Qərarına əsasən, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri, o cümlədən avtomobil və mebel satışı edən müəssisələr, idman və sağlamlıq, səhiyyə, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri, rüb üzrə orta aylıq dövriyyəsi 2.000 manatdan artıq olanlar, hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə sərnişin daşınmasını həyata keçirənlər və göstərilən xidmətlərə görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları POS-terminalların quraşdırılması məcburi olan obyektlər siyasındadır. (cədvəllə göstərilsin)
Qurumdan verilən məlumata görə, POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.