Xəzər Xəbər

Bakıda bir sürücüyə başqa avtomobillərin cərimələri gəldi – TƏFƏRRÜAT VİDEO

Veb TV | 20:50 • 1 Noyabr 2024
Bakıda bir sürücüyə başqa avtomobillərin cərimələri gəldi – TƏFƏRRÜAT

15 gün ərzində 13 qayda pozuntusuna görə cərimə edilib. Maraqlısı bundadır ki, cərimə edilən sürücünün heç bir qayda pozuntusu yoxdur.

Xezerxeber.az-ın xəbərinə görə, paytaxtda taksi fəaliyyəti ilə məşğul olan Lənkaran sakini Azər Səfərov deyir ki, şəxsi kabinetinə gələn elektron protakollardakı  foto onun maşınına aid  deyil. Üç fərəqli dövlət qeydiyyat nişanlı avtomobillərin bütün cərimələri ona gəlir.

Sürücü deyir ki, onu narahat edən digər bir məsələ həmin şəxslərin avtomobillə hər hansı bir hadisə törətmələridir. O bundan çox narahatdır və bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə də məlumat verdiyini deyir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik.

İdarədən o da əlavə edildi ki, belə olduğu halda tərəflər Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir. Bundan sonra problemin aradan qaldırılması üçün  qanunamüvafiq tədbirlər görülür.

Azər Səfərov isə "Xəzər Xəbərə" bildirib ki, sözügedən MMC ilə heç bir əməkdaşlığı olmayıb və ona heç bir yol vərəqi verilməyib.

"AZƏRMAŞ" MMC-dən isə bildirildi ki, belə vəziyyətdə vətəndaş polisdən ona onlayn yol vərəqəsinin verilib verilməsi ilə bağlı sənədi alıb şirkətə yaxınlaşsın və bunu aydınlaşdıraq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti