COP29 keçirilən günlərdə rayondan Bakıya gələn avtomobillərə məhdudiyyət olmayacaq.
Bunu Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
Namidan Piriyev Cop29 günlərində məhdudiyyət tətbiq ediləcək yollar barədə də məlumat verib
AYNA-nın idarə heyətinin sədri Anar Rzayev isə bildirib ki, COP29-un ilk günlərində aeroporta gələnlər yalnız avtobuslarla daşınacaq. Əlavə edib ki, tədbir zamanı yeni marşrut xətləri fəaliyyət göstərəcək, xüsusi avtobus xətləri təşkil ediləcək.
Anar Rzayev həmçinin əlavə edib ki, həmin günlərində ümumilikdə Bakıda 57 avtobus marşurutu üzrə hərəkət sxemində dəyşikliklər olacaq.
COP29 Əməliyyat Şirkətinin Nəqliyyat departamentinin rəhbəri Orxan Mahmudlu isə qeyd edib ki, tədbir çərçivəsində Bakının nəqliyyat infrastrukturu beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməkdədir.
Qeyd edilib ki, tədbirdə təxminən 50 mindən çox qonağın iştirak edəcəyi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.