Xəzər Xəbər

Bakı aeroportu COP29-da gündəlik neçə sərnişinə xidmət edəcək? - AÇIQLAMA VİDEO

Veb TV | 21:00
Bakı aeroportu COP29-da gündəlik neçə sərnişinə xidmət edəcək? - AÇIQLAMA

COP29 zamanı Bakı aeroportunda gündəlik sərnişin dövriyyəsinin 25-27 minə çatacağı gözlənilir. Hazırda bu rəqəm 18-20 min arasındadır.

Xezerxeber.az xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxlaq Hava Limanının direktoru Teymur Həsənov jurnaslitlər üçün keçirilən brifinqdə deyib.

Bildirilib ki, sərnişinötürmə qabiliyyətinin artırılması məqsədilə təhlükəsizlik baxış məntəqələrinin sayı çoxaldılıb. Ümumilikdə 22 ədəd özünü qeydiyyat, baqaj təhvilvermə aparatı quraşdırılıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Asan Viza" departamentinin müdiri İsmayıl Rəsulzadə isə bildirib ki, "COP29 Xüsusi Viza"sına müraciətin təqdim edilməsindən sonra 3 iş günü ərzində vizanın rəsmiləşdirilməsi nəzərdə tutulur.

Həmçinin COP29 ərəfəsində miqrasiya qaydaları ilə bağlı güzəştlər tətbiq olunacaq.

Ümumilikdə isə Heydər Əliyev Beynəlxlaq Hava Limanın COP29-a tam hazır olduğu vurğulanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar