Xəzər Xəbər

Bəzi sürücülər İçərişəhərə giriş qadağasına məhəl qoymurlar VİDEO

Veb TV | 19:50
Bəzi sürücülər İçərişəhərə giriş qadağasına məhəl qoymurlar

İstiqilaliyyət küçəsi ilə Əziz Əliyev küçəsinin kəsişməsində qadağanedici nişan olsa da, bəzi sürücülər buna  hələ də məhəl qoymur.  Hətta əks yola çıxıb, hərəkətini davam etdirənlər də var.

Xezerxeber.az-ın məlumatına görə, dünəndən Qoşa Qala qapıları tərəfdən İçərişəhərə giriş məhdudlaşdırılıb.

Məhdudiyyətə uyğun olaraq, yolda nişanlanma da həyata keçirilib. Bununla belə, tələbi pozanlar az deyil.

AYNA-nın Bakı Regional İdarəsinin rəhbəri Tərlan Səfərov bildirib ki, cərimələnməmək üçün avtomobillə İçərişəhərə Neftçilər prospekti tərəfdən daxil olmaq lazımdır.

Qeyd edilib ki, avtomobillərin hərəkəti məhdud olsa da, mirkobomillərin hərəkətində heç bir məhdudiyyət tətbiq edilməyəcək.

Ekspertlər eyni məhdudiyyətin digər ərazilərdə də  tətbiq ediləcəyini istisna etmirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar