Xəzər Xəbər

Xırdalanda həyət evlərinin zirzəmilərinə su dolub VİDEO

Veb TV | 20:02
Xırdalanda həyət evlərinin zirzəmilərinə su dolub

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən bəzi evlərin zirzəmilərinə su dolub. Zirzəmilərdə yarım metrə qədər kanalizasiya suyu var. Ərazidə nasosxana olsa da, xidmət göstərilmədiyi iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirilər ki, aidiyyəti qurumdan 3 gündür ki, heç kəsi tapa bilmirlər. İddiaya görə, yalnız ərazidə bir nasosxana var və o da sakinlərə xidmət göstərmək istəmir.   

Qeyd edək ki, həmin ərazidə 100-dən çox ailə yaşayır. 

Mövcud vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, ərazidə 3 aqreqat fəaliyyət göstərir və hər üçü işlək vəziyyətdədir. Qeyd olunan ünvanda toplanan suyun gecə saatlarından təmizlənməsinə başlanılıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

Xəbər lenti

Çox oxunanlar