Xəzər Xəbər

İçərişəhərə giriş məhdudlaşdırıldı VİDEO

Veb TV | 21:29 • 27 Oktyabr 2024
İçərişəhərə giriş məhdudlaşdırıldı

Bu gündən İçərişəhərə giriş məhdudlaşdırılıb. Əraziyə "Giriş qadağandır" nişanı quraşdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.

İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılıb.

Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək.

Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.

Məhdudiyyətin tətbiqi sakinlərin ürəyincə olsa da, taksi sürücüləri yeniliyin onlar üçün əlverişli olmadığı qənaətindədirlər.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti