Xəzər Xəbər

Sabirabad xəstəxanasında ana doğuşdan sonra ölüb - Mərhumun yaxınları həkimləri günahlandırırlar VİDEO

Veb TV | 22:02 • 27 Oktyabr 2024
Sabirabad xəstəxanasında ana doğuşdan sonra ölüb - Mərhumun yaxınları həkimləri günahlandırırlar

Bu gün səhər saatlarında Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun  Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Zamanova  ötən gün  doğum evinə gətirilib. Həkimlər xəstəni müayinə etdikdən sonra onun vəziyyətinin normal olduğunu bildirərək xəstəni palataya yerləşdiriblər. Xəstə yaxınlarına isə evə getmələrini bildiriblər. Lakin gecə saatlarında xəstədə doğum sancıları olduğundan onu reanimasiya şöbəsinə yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, uşaq dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun yaxınları həkimləri günahlandırırlar. 

TƏBİB-dən bildirilib ki,  Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Sabirabad Regional Perinatal Mərkəzin Doğum şöbəsinə hospital izasiya olunan anaya  40-41 həftəlik hamiləlik diaqnozu təyin edilib. Baş tutan doğuş nəticəsində çəkisi 4 kq., boyu 52 sm. olan körpə dünyaya gəlib. Sonradan ananın halı pisləşib və vəfat edib. 

Ölümün dəqiq səbəbini patoloji-anatomik təşrih nəticəsində dəqiqləşdirmək mümkün olacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti