Xəzər Xəbər

Şirvanda qadın doğuşdan 12 gün sonra vəfat edib VİDEO

Veb TV | 19:34
Şirvanda qadın doğuşdan 12 gün sonra vəfat edib

Şirvanda 12  gün əvvəl  ana olan qadın qəfil vəfat edib.

Xezerxeber.az-ın məlumatına görə, 26 yaşlı Səma Yusubova Şirvan doğum evində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Bir neçə gün sonra evə buraxılan qadının halı qəfil  pisləşib.

Mərhumun anasının iddilarına görə, vəziyyəti ağır olan qızının halı daha da pisləşib.

Ananın ölümü ilə bağlı TƏBİB açıqlama yayıb. Açıqlamada bildirilib ki, 19 oktyabr tarixində tam kafi vəziyyətdə körpə ilə birlikdə qadın evə yazılıb. “Yaxınlarının deməsinə görə, çiməndən sonra pasiyentdə kəskin baş ağrıları, bədən temperaturunun qalxması, mədə bulanması olub.

Dünən isə  saat 18:00 radələrində fasiləsiz qusma, kəskin baş ağrıları ilə yaxınları tərəfindən xəstəxanaya gətirilib. Bütün analizlər olunub, yarasında heç bir patologiya olmayıb. 

Gecə  saatlarında xəstənin qəfil halı pisləşib. Bütün reanimasiyon tədbirlərə baxmayaraq, onun  həyatını xilas etmək mümkün olmayıb”,- deyə məlumatda qeyd olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar