Xəzər Xəbər

Yağışdan sonra ətrafı tullantı bürüyüb, küçələr keçilməz hala düşüb VİDEO

Veb TV | 20:57 • 25 Oktyabr 2024
Yağışdan sonra ətrafı tullantı bürüyüb, küçələr keçilməz hala düşüb

Bakıda intensiv yağıntıdan sonra ətrafı tullantı bürüyüb, küçələr keçilməz hala düşüb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Sabunçu rayonu, Mayakovsi küşəsi, 59 ünvanından gedir. Aramsız yağan yağışlardan sonra gölməçələri zibil əvəzləyib.

Sakinlər deyirlər ki, ərazidə iki su ötürücü kollektor olsa da, küçədə kanalizasiya xətləri olmadığından hər dəfə yağış yağandan sonra bu cür vəziyyət yaranır.

İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, Sabunçu rayonunun əksər qəsəbə və küçələrində kanalizasiya şəbəkəsi yoxdur. Sözügedən ərazi “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na salınıb. Həmin proqram çərçivəsində şəhərətrafı qəsəbələrin su və kanalizasiya sistemləri yenidən qurulur.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti