Xəzər Xəbər

Yeni asfaltlanan yol çökdü VİDEO

Veb TV | 21:04
Yeni asfaltlanan yol çökdü

Bakıda yeni asfaltlanan yol çöküb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindən gedir.

Sakinlərin sözlərinə görə, ərazi yeni asfaltlanıbmış.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, son günlər yağan aramsız yağışlar asfaltı bu hala salıb. Lakin çökməyə səbəbin təkcə yağıntının olmadığı iddia edilib. 

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, sözügedən ərazidəki problemə səbəb bir müddət əvvəl kommunikasiya xətlərinin çəkilişi üçün aidiyyəti təşkilatların həyata keçirdikləri qazıntıdır.

Qeyd olunub ki, bərpa işləri qısa müddətdə yekunlaşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar