Xəzər Xəbər

Daşkəsəndə yaşayış binasında partlayış baş verib VİDEO

Veb TV | 19:51
Daşkəsəndə yaşayış binasında partlayış baş verib

Daşkəsən şəhərinin Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış binasında partlayış baş verib.

Xezerxeber.az-ın məlumatına görə, üçmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verən partlayış nəticəsində ev sahibi, 52 yaşlı Nadir Sadıqov yanıq xəsarətləri alıb.

Hadisə zamanı xəsarət alan Nadir Sadıqov əvvəlcə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədəki Zülfüqar Məmmədov adına xəstəxanaya aparılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyası binanın partlayışdan sonrakı vəziyyəti ilə bağlı ilkin müayinə aparıb. 

İlkin ehtimala görə, partlayış qaz sızması səbəbindən baş verib.

 Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar