Xəzər Xəbər

"BakıKart"la bağlı yeni məlumat yayılıb VİDEO

Veb TV | 21:51 • 24 Oktyabr 2024
"BakıKart"la bağlı yeni məlumat yayılıb

"6 ay müddətində ictimai nəqliyyatdan limitsiz səyahətlərdən zövq almaq imkanı təqdim edirik".

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə "BakıKart" nağdsız elektron ödəniş sisteminin adından bu tipli dələduzluq kampaniyası aparılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, 4 AZN ödəyərək ictimai nəqliyyatdan 6 ay ərzində pulsuz istifadə imkanının yaradılması ilə bağlı bəzi sosial şəbəkə hesabları üzərindən yayılan məlumatlar həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli də bildirib ki, vətəndaşlar bu tip məlumatlara inanmasınlar, şəxsi məlumatlarını heç kəslə bölüşməsinlər. 

Lumu İsrəfilli həmçinin bildirib ki, belə hallarla rastlaşanlar Daxili İşlər Nazirliyinin "102 zəng mərkəzi"nə  və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti