Xəzər Xəbər

Bakının daha bir neçə ərazisindəki evlərin söküntüsünə başlanılıb VİDEO

Veb TV | 21:39
Bakının daha bir neçə ərazisindəki evlərin söküntüsünə başlanılıb

Bakının daha bir prospekti və bir neçə küçəsinin əhatəsindəki evlərin söküntüsünə başlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrindən gedir. 
Xətai Rayon İcra Hakimiyyəti söküntü işlərinin icrasını "Ramco" şirkətinə həvalə edib və dəyəri 1,3 milyon manat olan müqavilə bağlayıb.
Sakinlərin isə köçürülmə ilə bağlı onlara təklif edilən kompensasiyanın məbləğinə münasibətləri birmənalı deyil. 

Xətai Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, rayonun bir sıra ünvanlarında istismar müddəti başa çatmış və qəzalı vəziyyətə düşmüş evlər sökülüb, əhali köçürülüb. Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrində söküntü işləri davamı gedir. Yaxın günlərdə digər sakinlərin də köçürülmə prosesinə start veriləcək. Vətəndaşların kompensasiyanın məbləği ilə bağlı narazılığına gəlincə, İcra Hakimiyyətindən bildirildi ki, bu məsələ komissiya tərəfindən araşdırılacaq, vətəndaş məmnuniyyəti təmin ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar