Xəzər Xəbər

Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin marşrutu üzrə son danışıqlar aparılır VİDEO

Veb TV | 20:41
Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin marşrutu üzrə son danışıqlar aparılır

İranlı həmkarlarla Ağbənd-Naxçıvan dəmir yolu üzrə ən uyğun marşrut xətti razılaşdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib.

Sədr bildirib ki, məsələ ilə bağlı son danışıqlar aparılır.

Rövşən Rüstəmov pandemiyadan bəri bağlı olan Bakı-Balakən dəmir yolu xəttindən də danışıb. Bildirib ki, dəmir yolu bu ilin axırı və ya gələn ilin əvvəlində açılacaq. Bununla bağlı hazırlıq işləri sürətlə həyata keçirilir.

Sədr həmçinin əlavə edib ki, beynəlxalq sərnişin daşımaları marşrutlarının istifadəsi üçün texniki hazırlıqlar aparılıb. Sərhədlərin bağlı qalması məsələsi Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Lakin qərardan asılı olmayaraq beynəlxalq sərnişindaşıma marşrutlarının bərpası üçün planlar hazırlanıb və texniki işlər aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar