Xəzər Xəbər

Təcili yardım əməkdaşı öz maşınında qətlə yetirilib VİDEO

Veb TV | 20:14
Təcili yardım əməkdaşı öz maşınında qətlə yetirilib

Göyçayda təcili tibbi yardım əməkdaşı qətlə yetirilib.

Xezerxeber.az-ın məlumatına görə, rayon sakini 39 yaşlı Asif Eminov küçədə, öz maşınında kəsici alətlə öldürülüb.

Dünən gecə saatlarında Potu kənd sakini Asif Eminovun almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 37 yaşlı Xəyal Mənsimovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Asif Eminovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Asif Eminov və Xəyal Mənsimov arasında əvvəllər də mübahisə yaşandığı bildirilsə də, qonşular bundan xəbərsiz olduqlarını deyiblər.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Xəyal Mənsimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar