Xəzər Xəbər

Azərbaycanda yol infrasrtrukturu ilə bağlı tələblər köhnədir – Ekspertlərdən yanaşma VİDEO

Veb TV | 22:15 • 22 Oktyabr 2024
Azərbaycanda yol infrasrtrukturu ilə bağlı tələblər köhnədir – Ekspertlərdən yanaşma

Azərbaycanda yollar təmir-bərpa, inşa edilən zaman əsasən illər əvvəl yazılan standartlar əsas götürülür. Başqa sözlə, ölkədə yol infrastrukturu ilə bağlı tətbiq edilən qaydaların bir çoxu SSRİ dövründən qalıb.

Xezerxeber.az-ın xəbərinə görə, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, istər yol hərəkətinin təşkili, texniki vasitələr və onların tətbiqi qaydaları, istərsə də nişanların, xətlərin, texniki vasitələrin standartlarını müəyyən edən qaydalar müasir ideyaların əsasında hazırlanmayıb. Nəticədə də bu gün ölkədə yol inrastrukturu qurulan zaman bir sıra çətinliklər yaranır

Ekspert deyir ki, yol standartlarının mütləq əksəriyyətinin mahiyəti və ideyaları köhnədir. Bəzən hətta 70-ci illərdə qəbul edilən standartlara istinad edilir. Ancaq son 10-20 ildə dünya standartlarında yol infrastrukturunun qurulması yanaşmaları ciddi şəkildə dəyişib. Faktiki olaraq yaşayış məntəqələri daxilindəki yollara xüsusi yanaşma tətbiq edilməlidir. Çünkü müasir dövrdə zolaqların eni, sürət həddi, səkinin parametrləri ilə bağlı tələblər ciddi sürətdə dəyişib

Ərşad Hüseynov vurğulayıb ki, müasir dəb, real vəziyyət nəzərə alınmalı və hərəkətin təşkilində tətbiq edilməlidir. Başqa sözlə, yolun mühəndis texniki vəziyyəti insan səhvlərini kompensasiya edə biləcək səviyyədə olmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti