Xəzər Xəbər

Tunellərə dolan yağış suları, iflic olan nəqliyyat... VİDEO

Veb TV | 21:43
Tunellərə dolan yağış suları, iflic olan nəqliyyat...

Tunellərə dolan yağış suları, iflic olan nəqliyyat... 2 gündür davam edən şiddətli yağışlar paytaxtın bir sıra ərazilərində tunellərin su ilə dolmasına səbəb olub.

Xezerxeber.az xəbər verir ki, əraziyə eyni zamanda nəqliyyatın hərəkətini tənzimləmək, avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə Dövlət Yol Polisinin əməkdaşları da cəlb edilib.

Suraxanı-Hövsan şossesindən istifadə edən sürücülər də eyni problemlə üzləşiblər.

Suraxanıdan Qara Qarayev metrsotansiyası və əks istiqamətə hərəkət edən avtobusun sərnişinləri Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi tərəfindən ərazidən çıxarılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, axşam saatlarında Bağırov korpüsünün altındakı tuneldə hərəkət qismən təmin edilib. Nəqliyyat vasitələrinin hərəkəti növbəli şəkildə tənzimlənib. Digər tunellərdə isə suların çəkilməsi işləri aparılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar