Xəzər Xəbər

Ata və oğul arasında düşən mübahisə qanla bitdi TƏFƏRRÜAT/VİDEO

Veb TV | 20:06 • 21 Oktyabr 2024
Ata və oğul arasında düşən mübahisə qanla bitdi

Astarada ata-oğul arasında mülk üstündə düşən mübahisə qanla bitib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Astaranın Sığaloni kəndində baş verib.

Ağaşir Hüseynov oğlu, 33 yaşlı Tural Hüseynova ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinir. Tural Hüseynov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İddialara görə, ata və oğul arasında mübahisə sitrus bağlarına görə yaranıb. Bağlar Ağaşir Hüseynovun mülkiyyətindədir. Oğlu Tural Hüseynov da atasından ona düşən torpaq sahəsindən pay istəyib. Bu zaman da mübahisə böyüyüb və güllələnmə baş verib.

Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Ağaşir Hüseynovu axtarır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Oğuza dolu yağıb
21:26 • 21 Oktyabr 2024