Xəzər Xəbər

Bakıda ər və arvad dəm qazından boğulub VİDEO

Veb TV | 20:39 • 21 Oktyabr 2024
Bakıda ər və arvad dəm qazından boğulub

Ər və arvad evdə dəm qazından boğularaq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində baş verib.

Fərdi yaşayış evindən 60 yaşlı İlqar Mehdiyev və 56 yaşlı həyat yoldaşı Failanın meyitləri tapılıb.

Dərhal qonşular polisə məlumat veriblər. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. Qohumları deyirlər ki, mərhumun üç gün əvvəl də övladı dünyasını dəyişib.

Baş Prokurorluqdan verilən məlumata görə, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Oğuza dolu yağıb
21:26 • 21 Oktyabr 2024