Xəzər Xəbər

Dövlət uşaq bağçalarında uşaqlara kameralarla nəzarət etmək niyə mümkün deyil? VİDEO

Veb TV | 15:17
Dövlət uşaq bağçalarında uşaqlara kameralarla nəzarət etmək niyə mümkün deyil?

Dövlət nəznində olan uşaq bağçalarının əksəriyyətində müşahidə kameraları yoxdur. Olanlardan isə  valideynlərin istifadə edə bilməməsi onlarda ciddi narahatlıq yaradır.

Xezerxeber.az-ın xəbərinə görə, müsahibimiz Suzana Qasımova iddia edir ki, övladını dövlət bağçasına qoyduqdan sonra uşağında aqressiya yarandığını müşahidə edib. Kameralar olmadığından uşaqla necə davranılması onda şübhə yaradıb. Məhz buna görə də övladına nəzarət edə biləcəyi bağça axtarıb.

Elə paytaxt sakinləri arasında keçirdiyimiz sorğuda da valideynlərin dövlət bağçalarında müşahidə kameralarının olmaması səbəbindən özəllərə üstünük verdiyinin şahidi olduq.

Təhsil eksperti Kamran Əsədov deyir ki, ölkəmizdə dövlət nəzdində olan 1693  uşaq bağçası fəaliyyət göstərir. Bunlardan 320-si paytaxtda yerləşir. Bağçalarda kameralar isə yalnız girişlə ümumi dəhlizdə var. Buna isə bağça müdiri nəzarət edir. Bakı ətrafı ərazilərdə və bölgələrdə yerləşən uşaq bağçalarında isə kamera yoxdur.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət ünvanladıq.

Qurumun rəsmisi Azər Teymurlu valideynlərin narahatlıqlarını nəzərə alaraq, dövlət uşaq bağçalarının kamera ilə təchiz olunma şəraitinin araşdırıldığını və Elm və Təhsil Nazirliyi tərəfindən müzakirələr aparıldığını bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar