Xəzər Xəbər

Qubanın Hacıqayıb kəndində fərdi təsərrüfatda artezian qurulub VİDEO

Veb TV | 21:25 • 20 Oktyabr 2024
Qubanın Hacıqayıb kəndində fərdi təsərrüfatda artezian qurulub

Artezian şəxsi bağ ərazisində qurulub.

Xezerxeber.az xəbər verir ki, söhbət Qubanın Hacıqayıb kəndindən gedir.

Kənd sakinləri iddia edirlər ki, şəxsi təsərrüfatda qazılan quyudan istifadə edə bilmirlər. Onların sözlərinə görə, quyu ümumi istifadədə olmalıdır.

Sakinlər bildirirlər ki, aidiyyəti üzrə müraciət etsələr də, onların su problemi həll olunmayıb.

Artezian quyusunun olduğu fərdi təsərrüfatın sahibi Dəyanət Vəliyev "Xəzər Xəbər"ə bildirdi ki, bu quyu 2019-cu ildə kənd təsərrüfatı sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün dövlət  tərəfindən ayrılan vəsait hesabına qazılıb. Bu quyu içməli su üçün yararsızdır. Ancaq suvarılma üçün nəzərdə tutulub. Hazırda Quba Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında olan quyu 10 hektar üçün nəzərdə tutulub. Həmin ərazidə də 10 hektardan artıq torpaq sahəsi olduğu üçün heç tələbatı tam ödəmir.

Quba Su Melorasiya Sistemlərinin İstismarı İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, təsərrüfat sahibi o su quyusundan tək istifadə edə bilməz. Həm kənd sakinləri, həm də özü bu quyudan yararlana bilər.

Rayon İcra Hakimiyyətindən isə qeyd edildi ki, 2019- cu ildə qazılan bu artezian quyusu ilə bağlı iddialar araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Samuxda ZƏLZƏLƏ
15:00 • 20 Oktyabr 2024