Xəzər Xəbər

Azərbaycana qarşı qarayaxma kampaniyaları intensivləşib VİDEO

Veb TV | 20:07
Azərbaycana qarşı qarayaxma kampaniyaları intensivləşib

Son vaxtlar Azərbaycana qarşı qarayaxma kampaniyaları intensivləşib.

Müxtəlif güclər, o cümlədən ABŞ fərqli bəhanələrlə rəsmi Bakının nüfuzuna xələl gətirməyə çalışır. Azərbaycanın  əhəmiyyətli və beynəlxalq bir tədbirə - COP 29-a ev sahibliyi etməsi bəzi dairələri narahat etməyə başlayıb.

Bu dəfə “Washington Post" nəşrində 16 oktyabr tarixində dərc edilən məqalədə  Azərbaycana qarşı yalan, şər və böhtan xarakterli iddialar səsləndirilib. ABŞ-nin sabiq prezidenti Donlad Trampdan tutmuş bu ölkənin senator, konqresmen, qubernatorunadək minlərlə insan "Washington Post"u feyk xəbərlərin mənbəyi hesab edir.

Politoloq Əziz Əlibəyli deyir ki, Azərbaycanın haqlı savaşı, beynəlxalq hüququ təmin etməsi ABŞ-nin xoşuna gəlmədi. Xüsusilə Cənubi Qafqazda yaratdığı yeni düzən ABŞ-də yüksək təsirə malık olan erməni lobbisinin maraqları ilə üst-üstə düşmədi.

Rəsmi Bakı  BMT qətnamələrini özü  icra  etdi. Azərbaycan nə müharibə, nə də insanlıq əleyhinə cinayətlər törədib.

Əgər ABŞ müharibə cinayətləri törətmiş ölkə axtarırsa, özünün təkcə 20-ci əsrdə törətdiyi cinayətələrə  baxmaq kifayət edir.

Görünür, ABŞ administrasıyası reallıq hissini tam itirib. ABŞ-nin görməzdən gəldiyi reallıq odur ki, Azərbaycan COP29 vasitəsilə dünyaya onun böyük ehtiyac duyduğu sülh və əməkdaşlıq mesajı verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar