Xəzər Xəbər

Bakı metrosunda qorxulu anlar yaşanıb VİDEO

Veb TV | 21:29
Bakı metrosunda qorxulu anlar yaşanıb

Bu gün Bakı metrosunda tüstülənmə olub, qatarlar yubanıb.

Qatarların dayanması vaqonda qalan bəzi sərnişinlərin səhhətinin pisləşməsi ilə nəticələnib. Havasızlıqdan hətta vaqonların qapısını açmağa cəhd göstərənlər də olub.

Bununla bağlı görüntüləri "Xəzər Xəbər"ə hadisə zamanı metroda olan vətəndaşlardan biri göndərib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ilə əlaqədar metronun "Nizami" stansiyası sərnişinlərin girişinə bir müddətlik bağlanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunandan sonra tüstülənmənin mənbəyi dərhal müəyyən edilib. 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, tüstülənmədən sonra qatarların hərəkətində 25 dəqiqəlik yubanma olub. 

O bildirib ki, Bakı Metropoliteni hal-hazırda normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar