Xəzər Xəbər

Bakıda zəncirvari qəzada 5 avtomobil əzilib - Hadisəyə yola yağ dağılması səbəb olub? VİDEO

Veb TV | 20:58
Bakıda zəncirvari qəzada 5 avtomobil əzilib - Hadisəyə yola yağ dağılması səbəb olub?

Bakıda zəncirvari yol qəzası baş verib. Bununla bağlı görüntü yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, görüntünü çəkən və danışan avtomobili zəncirvari qəzada əzilən sürücülərdən biridir. O, videonu səhər saatlarında ekologiya postunun yaxınlığında lentə alaraq, "Xəzər Xəbər"in qaynar xəttinə göndərib.

Sürücülər iddia edirlər ki, yola yağ dağılıb. Qəzalar da elə bu səbəbdən baş verib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, hadisə saat 06:45 radələrində Bakı-Quba yolunun 10-cu kilometrliyində baş verib. Onun sözlərinə görə, hadisənin baş verməsinə səbəb havanın yağmurlu olması ilə əlaqədar yolun sürüşkənliyi, sürücülərin ara məsafəsi saxlamaması və sürət həddinə əməl etməməsi olub.  

Mütəxəssislərin sözlərinə görə, avtomobillərin intensiv hərəkət etdiyi yollarda təkərlərin şinləri ilə yol örtüyü mütəmadi təmas edir və asfalt üzərində qat yaranır. Çiskinli havalarda da həmin o qat yollarda sürüşkən vəziyyət əmələ gətirir və avtomobillər sürüşür. Odur ki, maksimum diqqətli olmalı, az yağmurlu havalarda sürət həddi düzgün seçilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar