Xəzər Xəbər

Lerikdə benzinlə ehtiyatsız davranma faciə ilə nəticələnib VİDEO

Veb TV | 21:45 • 19 Oktyabr 2024
Lerikdə benzinlə ehtiyatsız davranma faciə ilə nəticələnib

Lerikdə benzinlə ehtiyatsız davranma faciə ilə nəticələnib. Nəticədə 2 yaşlı uşaq yanıb, onun anası isə xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Blaband kənd ərazi vahidliyinə daxil olan Şinəbənddə baş verib.

Kənd sakini 37 yaşlı Rüfət Abbasov evdə odun sobasını yandırmaq üçün benzindən istifadə edib. Bu zaman alov ətrafa yayılıb və yaxınlıqdakı 2 yaşlı oğlan uşağı yanıb. Uşağın anası - 35 yaşlı Afiqə Qasımova dərhal uşağın paltarlarını çıxarmağa çalışıb və o da əlindən yanıq xəsarətləri alıb. 

2 yaşlı uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə təcili çatdırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, vəziyyəti ağır olan azyaşlı xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Kahramanmaraşda zəlzələ olub
16:31 • 19 Oktyabr 2024