Xəzər Xəbər

Milli Məclisin iclası keçirilib VİDEO

Veb TV | 21:10
Milli Məclisin iclası keçirilib

Azərbaycan Cənubi Qafqazın lider dövlətinə və söz sahibinə çevrilib.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr onu da bildirib ki, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı gözləyən fəlakətlərin qarşısını yorulmaz səyləri ilə almağı bacardı.

Milli Məclis adından Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlanıb.

Plenar iclasda gündəlikdə olan məsələlər də müzakirə olunub.

"Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov regionlardakı  tibbi xidmət göstərən məntəqələrin fəaliyyətinin bərbad olmasına diqqət çəkib.

Müzakirələrdən sonra zamanı ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsi birinci oxunuşda təsdiqlənib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar