Xəzər Xəbər

Bakıda bu yolda aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir VİDEO

Veb TV | 20:06
Bakıda bu yolda aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir

Bakıda nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə daha bir yolda genişləndirmə işləri görülür.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Yasamal rayonu, Nazim Hikmət küçəsindən Dairəvi yola çıxışda aparılan işlərindən gedir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, genişləndirmə işlərinin aparılmasında məqsəd sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.

Qeyd edək ki, ümumi uzunluğu 1 kilometrdən çox olan yolda işlər tamamlanmaq üzrədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar