Xəzər Xəbər

45 günə sahibinə çatdırılmalı olan avtomobil təhvil verilmir - Gəncə sakini şikayətçidir VİDEO

Veb TV | 20:39
45 günə sahibinə çatdırılmalı olan avtomobil təhvil verilmir - Gəncə sakini şikayətçidir

Gəncə sakini avtomobil almaq üçün şirkətə ödədiyi pulu ala bilmədiyini iddia edir. Onun nə sifariş verdiyi avtomobili gəlib çıxır, nə də pulu qaytarılır.

Xezerxeber.az-ın məlumatına görə, Gəncə sakini Fərhad Vətəni iddia edir ki, avtomobil almaq üçün bu ilin iyulun 25-də Çindən Azərbaycana maşın gətirən "Re-Charge MMC"yə müraciət edib. Maşın seçib və ödənişini də edib.

Fərhad Vətəni iddia edir ki, ödədiyi pulu da geri ala bilmir.

Məsələ ilə bağlı "Re-Charge MMC"nin rəhbəri Sənan Əsədzadə ilə əlaqə saxladıq. O bildirdi ki, problem deklarasiya ilə bağlıdır. Problemin aradan qaldırılması üçün sənəd çatışmazlığının həll olunması prosesi davam edir. 

MMC-nin rəhbəri onu da bildirdi ki, avtomobillərin yenidən yola düşməsi üçün sənədlər qaydasına salınmalıdır. Avtomobillərin hər birinin sənədləşmə mərhələsi başlayıb və bunun üçün vaxt tələb olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar