Xəzər Xəbər

Təcili tibbi yardım avtomobili avtobus zolağına daxil ola bilər? AÇIQLAMA/VİDEO

Veb TV | 21:41 • 17 Oktyabr 2024
Təcili tibbi yardım avtomobili avtobus zolağına daxil ola bilər?

Təcili tibbi yardım avtomobillərinin avtobus zolaqlarında hərəkətinə icazənin verilməsi ilə bağlı danışıqlar aparılır.

Xezerxeber.az-ın məlumatına görə, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, gün əzrində Bakı şəhəri üzrə təcili və təxirəsalınmaz tibbi yardım üçün 2000-2500 çağırış qeydə alınır və bunun üçün gündəlik olaraq 130-135 ambulans xəttə buraxılır.

Onun sözlərinə görə, hazırda ölkə üzrə 200 təcili tibbi yardım avtomobili müasir tələblərə cavab vermir. Zamanla həmin nəqliyyat vasitələri istifadədən çıxarılaraq yeniləri ilə əvəz olunacaq.

TƏBİB-in icraçı direktoru COP29 ərəfəsində paytaxtda 40-a yaxın təcili tibbi yardım briqadasının fəaliyyət göstərəcəyəni açıqlayıb.

Ambulanslarda olan dərman siyahısına yenidən baxılıb və sayı artırılıb.

O da qeyd edilib ki, gələcəkdə "e-təbib" mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaq da mümkün olacaq. Təcili tibbi yardım xidmətinin ödənişli olması isə nəzərdə tutulmur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti