Xəzər Xəbər

Bakıda torpaq sürüşməsi baş verib - Sakinlər narahatdır VİDEO

Veb TV | 19:50
Bakıda torpaq sürüşməsi baş verib - Sakinlər narahatdır

Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi baş verib. 

Xezerxeber.az-ın məlumatına görə, yaşayış binalarının arasında baş verən sürüşmə sakinləri qorxuya salıb.

Onların sözlərinə görə, artıq istinad divarları da təhlükənin qarşısını almağa kömək eləmir.

Sakinlər bildiriblər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də,  problem bu günə qədər öz həllini tapmayıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev “Xəzər Xəbər”ə bildirdi ki, Xətai rayonu ərazisində baş verən sürüşməyə səbəb son günlər yağan yağışlar nəticəsində yamacdakı asılı süxur kütləsinin uçması olub. Agentliyin mütəxəssisləri tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələrinə görə, ərazidə ciddi təhlükə yoxdur: "Uçmuş süxur kütləsinin ərazidən götürülməsi və yamacın hamarlanması işləri aidiyyəti qurumlar tərəfindən həyata keçiriləcək".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar