Xəzər Xəbər

Tovuzda dönərdən zəhərlənənlər DANIŞDI VİDEO

Veb TV | 21:15 • 16 Oktyabr 2024
Tovuzda dönərdən zəhərlənənlər DANIŞDI

Tovuz rayonunda kütləvi zəhərlənmə olub.

Xezerxeber.az xəbər verir ki, 21 nəfər dönərdən zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Müraciət edənlər içərisində 2 və 3 yaşlı uşaqlar da var.

Zərərçəkənlər Qovlar şəhərində közdə bişən dönərdən zəhərləndiklərini bildiriblər.

Hadisə ilə bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxda isə 18 nəfər dönərdən zəhərlənmişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti