Xəzər Xəbər

Qış qabağı 2-ci əl kombilərə təlabat artdı - Qiymətlər VİDEO

Veb TV | 21:10 • 16 Oktyabr 2024
Qış qabağı 2-ci əl kombilərə təlabat artdı -  Qiymətlər

İşlənmiş kombilərə təlabat artıb.

Xezerxeber.az xəbər verir ki, qiymətləri yenilərindən təxminən 40-50 faiz ucuz olan bu məhsullara zəmanət də verilir.

Satıcılar bildirir ki, kombilərin qiymətləri istehsal olunduğu ölkəyə və su tutumuna görə dəyişir.

Onlar bildirir ki, kohnə kombilərin təmir  xərcləri onun  satış qiymətinə birbaşa təsir edir. Ehtiyat  hissəsi çox pul aparan kombilər baha qiymətə təklif edilir.

Yeniləri kimi işlənmiş kombilərə də zəmanət verilir.

Satıcılar bildirir ki, növbəti həftələrdə 2-ci əl kombi bazarında müəyyən təxminən 5-10 % ucuzlaşma gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti