Xəzər Xəbər

Ermənistanın dağ-mədən sənayesində fəaliyyət göstərən şirkətlər mütləq monitorinq edilməlidir – ÇAĞIRIŞ VİDEO

Veb TV | 20:35 • 16 Oktyabr 2024
Ermənistanın dağ-mədən sənayesində fəaliyyət göstərən şirkətlər mütləq monitorinq edilməlidir – ÇAĞIRIŞ

"Azərbaycanda ekoloji sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Ermənistandakı metallurgiya yataqlarında monitorinqlərin keçirilməsini tələb edirlər. Monitorinqlərdə də həm beynəlxalq, həm də Azərbaycandan olan mütəxəssislər iştirak etməlidir".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov brifinqdə deyib.

Ekoloq bildirib ki, rəsmi İrəvan ekoloji pozuntular üzrə müraciətlərə cavab vermir.

Brifinqdə vurğulanıb ki, Ermənistanda ekologiyaya zərər vuranların çoxu Avropa və Amerika şirkətləri, elcə də onların beynəlxalq tərəfdaşlarıdır.

Brifinqdə o da bildirilib ki, ESCO konvensiyasının tələblərinə görə, Ermənistan qonşu ölkə ilə həmsərhəd ərazidə iqtisadi və sənaye fəaliyyəti həyata keçirirsə, bu fəaliyyətin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı hesabatını həmin ölkənin ictimaiyyətinə təqdim etməlidir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar