Xəzər Xəbər

Mopedlərin cərimə meydançasına aparıldığı iddia olunur VİDEO

Veb TV | 21:14 • 15 Oktyabr 2024
Mopedlərin cərimə meydançasına aparıldığı iddia olunur

Heç bir səbəb göstərilmədən mopedlərin cərimə meydançasına aparıldığı iddia olunur.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən bəzi moped sürücüləri iddia edirlər ki, son bir neçə gündür, onlara məxsus mopedlər cərimə meydançasına aparılır. Onlar həmçinin bütün sənədlərinin qaydasında olduğunu da bildirirlər.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər həmçinin iddia edirlər ki, maksimal sürət həddi 45 km, eyni zamanda mühərriklərinin həcmi 49 sm3  olan mopedlərin idarə olunması üçün sürücülük vəsiqələri tələb edilmir. Lakin onlara bu vəsiqələrin olmaması əsas gətirilərək nəqliyyat vasitələri cərimə meydançasına aparılıb.

Məsələ ilə bağlı isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarədən "Xəzər Xəbər"ə bildirildi ki, bu sürücülərlə bağlı müraciət qeydə alınıb və araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar