Xəzər Xəbər

Mingəçevirdə uşaq bağçası 1 aydır ki, qaranlığa qərq olub - Valideynlər narahatdır VİDEO

Veb TV | 21:42 • 15 Oktyabr 2024
Mingəçevirdə uşaq bağçası 1 aydır ki, qaranlığa qərq olub - Valideynlər narahatdır

Mingəçevirdə yerləşən 16 saylı körpələr evi-uşaq bağçasında 1 aydır ki, işıq yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, uşaqların valideynləri bildirir ki, şəhərin ən böyük baxçalarından olan təhsil müəssəsində elektrik xətlərinin nasazlığı yanğınlara da səbəb olub. Bu da uşaqlar üçün ciddi təhlükədir. Valideynlər yaranmış vəziyyətdən narahat olduğu üçün adiyyəti qurumları məlumatlandırıb, amma hələdə məsələyə çarə tapılmır.

Övladarını, nəvələrini 16 saylı körpələr evi uşaq baxçasına gətirən valideynlər bildirib ki, burada işığın olmaması uşaqların xəstələnməsinə səbəb olur. 

Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, Mingəçevir şəhəri 16 saylı körpələr evi-uşaq bağçasında elektrik təchizatı ilə bağlı yaranmış vəziyyətlə bağlı İdarəyə  məlumat daxil olan kimi məsələ ilə bağlı müəssisəyə yerində baxış keçirilib, mövcud vəziyyət araşdırılıb: “Bildiririk ki, cərəyan blokunda yaranmış nasazlıq elektrik təchizatında fasilələrə səbəb olub.  Hazırda məsələnin həlli istiqamətində müvafiq addımlar atılır, məktəbəqədər təhsil müəssisəsinə mütəxəssislər cəlb edilib. Bərpa işləri sürətləndirilib”.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar