Xəzər Xəbər

Bakının ev sahibliyi edəcəyi COP29-dan sonra hansı dəyişiliklər olacaq? VİDEO

Veb TV | 22:00 • 14 Oktyabr 2024
Bakının ev sahibliyi edəcəyi COP29-dan sonra hansı dəyişiliklər olacaq?

Yeni texnoloji avadanlıqlar, yeni ixtisaslar, yeni iş yerləri... COP bunları da özündə birləşdirəcək... Yəni söhbət təkcə enerji keçidindən getmir...

Hazırda dünyada növbəti enerji keçidi baş verir, enerji məsələləri isə özü-özlüyündə birbaşa iqtisadi siyasət və beynəlxalq iqtisadi vəziyyətlə əlaqəlidir. Mütəxxəssislərin fikrincə, COP29 bütünlükdə Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi, eyni zamanda xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu göstərmək cəhətdən son dərəcə iqtisadi faydalı olacaq.

Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, yeni iqtisadi model özlüyündə yeni ixtisaslar, dolayısı ilə yeni məlumatların öyrənilməsi üçün zəmin rolu oynayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti