Xəzər Xəbər

Pandemiya dövründə yazılan cərimələrin aqibəti necə olacaq? VİDEO

Veb TV | 10:00 • 14 Oktyabr 2024
Pandemiya dövründə yazılan cərimələrin aqibəti necə olacaq?

Pandemiya dövründə maska taxmayan və digər karantin qaydalarına əməl etməyən çox sayda vətəndaş cərimələndi. Bəziləri cərimələri ödəsə də, əksəriyyət indiyədək bundan yayınır. Bu səbəbdən də həmin şəxslər xaricə səfər etmək və ya hər hansı sənəd  almaq istədikdə problemlərlə üzləşirlər.  

Xezerxeber.az-ın məlumatına görə, millət Vəkili Razi Nurullayev hesab edir ki, Türkiyə və  Gürcüstanda olduğu kimi  Azərbaycanda da pandemiya dövründə tətbiq olunan cərimələr silinməlidir.

Cərimələr yalnız maska ilə bağlı deyil, həm də müəyyən iaşə obyektlərinə girişlə bağlı tətbiq edilib. Deməli, cərimələrin ləğvi yüzminlərlə insanın sevincinə səbəb olar.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı daha ətraflı videomaterialı təqdim edir.

 

 

 

Xəbər lenti

Çox oxunanlar