Xəzər Xəbər

Azərbaycanda avtobusların niyə vahid iş saatı yoxdur? - ARAŞDIRMA VİDEO

Veb TV | 20:30 • 13 Oktyabr 2024
Azərbaycanda avtobusların niyə vahid iş saatı yoxdur? - ARAŞDIRMA

Avtobusların fəaliyyət saatının fərqli olması sərnişinlərdə çaşqınlıq yaradır... Metronun konkret iş saatı olsa da, avtobuslar üçün eyni sözü demək mümkün deyil... Avtobusların konkret fəaliyyət göstərdiyi saat aralığının olmaması ictimai nəqliyyatdan istifadə edən insanlar üçün çətinlik yaradır...

Xezerxeber.az-ın xəbərinə görə, sərnişinlər deyirlər ki, bəzi ərazilərdə avtobuslar axşam saatlarında saat 21:00-dək, bəzi ərazilərdə 22:30-dək, bəzi yerlərdə isə 23:00-dək fəaliyyət göstərir. Saatların fərqli olması isə onlarda çaşqınlığa səbəb olur.

Bəs bu proses necə tənzimlənir? Sərnişindaşıma şirkətləri avtobusların iş saatlarını necə və nəyə əsasən müəyyənləşdirirlər?

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, avtobusların fəaliyyəti hərəkət intervalına uyğun olaraq tənzimlənir. Sərnişin tələbatına əsasən avtobusların iş saatı, sayı, hərəkət cədvəli müəyyən olunur. Avtobus marşrutlarının iş saatı səhər 05:30-06:00-dan başlayır, bəzi ərazilərdə 21:00-da, bəzilərində 22:30-da, bəzilərində isə 23:00-23:30-a qədər davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti