Xəzər Xəbər

Azərbaycan XİN Niderland parlamentinin qətnamələrinə münasibət bildirib VİDEO

Veb TV | 20:30 • 12 Oktyabr 2024
Azərbaycan XİN Niderland parlamentinin qətnamələrinə münasibət bildirib

Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul etdiyi növbəti iki qətnaməni qətiyyətlə rədd edirik.

Xezerxeber.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı Parlamentinin əsassız qətnamələrini və xarici işlər naziri Kaspar Veldkampın qərəzli fikirlərini şərh edərkən deyib.

Xin sözçüsü bildirib ki, bununla yanaşı, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların "hərbi əsir" kimi qələmə verilərək azad edilməsinə dair çağırışları qəbuledilməzdir. 

Ayxan Hacızadə bildirib ki, qətnamələrdə yer alan və xarici işlər nazirinin səsləndirdiyi fikirlərdə ötən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatının məram və məqsədlərinin təhrif olunması Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir. 

Ayxan Hacızadə Niderland tərəfini bölgədə sülhə qarşı olan və Azərbaycan-Niderland münasibətlərində gərginlik yaradan birtərəfli mövqedən əl çəkməyə çağırıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti