Xəzər Xəbər

Xətaidə məhəlləyə su çəkənlər borunu zədələyib, üstünü asfalt qatı ilə örtərək gediblər – İDDİA VİDEO

Veb TV | 21:40 • 11 Oktyabr 2024
Xətaidə məhəlləyə su çəkənlər borunu zədələyib, üstünü asfalt qatı ilə örtərək gediblər – İDDİA

Su borusu partladı, asfalt örtütü çökdü... Vətəndaşa məxsus yaşayış evinin zirzəmisi yarasız hala düşdü...

Xezerxeber.az xəbər verir ki, söhbət Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanından gedir. Vətəndaş iddia edir ki, 2013 cü ildən adıçəkilən ünvanda yaşayır.

Nəzakət Məmmədova deyir ki, illər öncə zədələnən su borusundan onun zirzəmisinə su sızırmış.

Xətai rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırılır. İri Şəhərlıırin Birləşmiş Su Təhcizatı Xidmətindən isə bildirldi ki, ünvana baxış keçirlib. Məlum olub ki, su borusunun üzərindən avtomobil keçməsi nəticəsində xətdə qəza baş verib. Xidmətin dəstəyi ilə baş vermiş qəza aradan qaldırılacaq, su borusu bərpa olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti