Xəzər Xəbər

COP29-la bağlı çəkilən nəqliyyat zolaqlarına daxil olan sürücülərə cərimə yazıla bilərmi? VİDEO

Veb TV | 21:30
COP29-la bağlı çəkilən nəqliyyat zolaqlarına daxil olan sürücülərə cərimə yazıla bilərmi?

Bakıda noyabr ayında keçiriləcək beynəlxalq COP29 tədbirinə hazırlıqlar sürətlə davam edir.

Xezerxeber.az xəbər verir ki, iştirakçıların daşındığı nəqliyyat vasitələrinin şəhərdə mobilliyini təmin etmək, sürətli daşıma həyata keçirmək məqsədlə artıq şəhərin bir sıra küçə və prospektlərində COP29 ilə bağlı nəqliyyat zolaqları salınır.

Bəzi sürücülər cərimə yazılar deyə, bu zolaqlara daxil olmurlar.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu zolaqlar sürətli və fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə tədbir nəqliyyatı üçün ayrılıb:

"Sürücülər istənilən yerdən ora girə bilərlər. Cərimə tətbiq olunmayacaq və qüvvədə olmadığı üçün hələlik cərimə nəzərdə tutulmur".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar