Xəzər Xəbər

İctimai nəqliyyatdan istifadəyə görə gedişhaqqı məsafəyə görə tənzimlənə bilərmi? – AÇIQLAMA VİDEO

Veb TV | 21:20
İctimai nəqliyyatdan istifadəyə görə gedişhaqqı məsafəyə görə tənzimlənə bilərmi? – AÇIQLAMA

Cəmi 1 dayanacaq gedən də 70 qəpik ödəyir, həmçinin son dayanacağa.. Məsafədən asılı olmayaraq eyni ödənişi ödəyirlər...

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxt ərazisində, həmçinin qəsəbələrarası fəaliyyət göstərən avtobuslardan gedir.

Avtobus sürücüləri isə deyirlər ki, tənzimlənən qiyməti dəyişmək mümkün deyil.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, məsafəyə görə ödənişlərin tətbiq edilməsi üçün xüsusi infrastruktur qurulmalıdır.

Qurumdan o da bildirildi ki, hazırda gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar