Xəzər Xəbər

Sənədsiz evlərin taleyi necə olacaq? VİDEO

Veb TV | 15:30
Sənədsiz evlərin taleyi necə olacaq?

Azərbaycanda təxminən yarım milyona yaxın ev sənədsizdir. Problemin səbəblərindən biri belə evlərin yaşayış məntəqəsi yox, digər təyinatlı torpaqlarda tikilməsidir.

Xezerxeber.az-ın xəbərinə görə, daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirdi ki, bələdiyyə sənədilə torpaqların, evlərin alqı-satqısında yaranan problemlər olduqca çoxdur. Belə ki, Bələdiyyə sənədləri heç bir qurum tərəfindən rəsmi sənəd olaraq qəbul edilmir.

Ekspert deyir ki, bələdiyyə torpaqlarının çoxu fərdi yaşayış evlərinin tikilməsi üçün uyğun deyil. Amma vətəndaşlar bunu bilməyərəkdən həmin torpaqları alıb, evlər tikirlər. Bu isə sənədsiz evlərin sayının artmasına səbəb olur.

Millət vəkili Razi Nurullayev isə deyir ki, 2007-ci ilin noyabrnadək satılmış bələdiyyə torpaqlarının qeydiyyata alınmasında heç bir problem yaradıla bilməz. Lakin 2007-ci il dekabrının 1-dən sonra alınan bələdiyyə torpaqlarının qeydiyyatı mümkün deyil.

Deputat həmçinin bildirdi ki, yaxın aylarda sənədsiz evlərlə bağlı məsələnin Milli Məclisdə müzakirəyə çıxarılacağı və yeni qərarın qəbul ediləcəyi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar