Xəzər Xəbər

Məktəblərdə psixoloqlar azdır? VİDEO

Veb TV | 15:25
Məktəblərdə psixoloqlar azdır?

Məktəblərdə psixoloq ya yoxdur, ya da şagird sayına uyğun deyil. Ölkənin ümumtəhsil müəssisələrində sözügedən problem hələ də aktualdır.

Xezerxeber.az xəbər verir ki, təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, ölkə üzrə fəaliyyət göstərən 4432 məktəbdən yalnız 2900-də psixoloq var. Onların da əksəriyyəti ixtisaslı mütəxəssislər deyil.

Onun sözlərinə görə, məktəblərdə psixoloqların sayının və keyfiyyətinin artırılmasına ehtiyac var.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi Fəridə Sahib bildirdi ki, məktəblərdə psixoloq ştatlarının sayı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir. Ümumi orta və tam orta məktəb, lisey və gimnaziyaların ştatına 1 vahid psixoloq vəzifəsi daxil edilir. 

Qurum rəsmisi həmçinin qeyd etdi  ki, “məktəblinin dostu” layihəsinin tətbiq edildiyi məktəblərdə şagirdlərə dərs prosesi və tənəffüs zamanı xüsusi müəllimlər və layihə iştirakçıları tərəfindən nəzarət edilir, dəstək göstərilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar