Xəzər Xəbər

Azərbaycanın faşizm üzərindəki qələbədəki rolu nə olub? – Tarixçi AÇIQLADI VİDEO

Veb TV | 21:45 • 8 Oktyabr 2024
Azərbaycanın faşizm üzərindəki qələbədəki rolu nə olub? – Tarixçi AÇIQLADI

"İkinci Dünya müharibəsində faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolu olub. Xalqımız bu qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı".

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri Cəbi Bəhramov "Xəzər Xəbər"ə müsahibəsində deyib ki, Azərbaycan nefti olmasaydı, bu qələbəni qazanmaq böyük bir sual altındaydı.

Tarixçi deyir ki, Azərbaycan xalqı var gücü ilə bu müharibədə iştirak edirdi. Hətta o dövrdə məşhur olan bəzi silahları da Azərbaycan alimləri ixtira etmişdi.

Alim deyir ki, Bakıdakı müəssisələrin gücünün 95 faizi hərbi texnika, hərbi silah sursat istehsalına yönəlirdi. Azərbaycanda bütün sahələr cəbhə üçün işləyir, qadın və qızlarımız cəbhədəki əsgərlər üçün gecə gündüz isti əlcək və geyim toxuyurdular. Tibb İnstitutunun professorları, dosentləri döyüşən orduda, həmçinin hospitallarda baş mütəxəssis kimi işləyirdilər. Ağır müharibə illərində Azərbaycan alimlərinin təklif etdiyi cərrahi metodlar da tətbiq edilirdi. Bir sözlə, azərbaycanlılar ölümü, aclığı, qıtlığı, dözülməz isti, ilik donduran soyuqlu günləri dəf edib istər ön cəbhədə, istərsə də, arxa cəbhədə vuruşaraq qələbənin qazanılmasına böyük töhvə verdilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti