Xəzər Xəbər

Silah formasında qələmlər satışa çıxarılıb - Belə ləvazimatların satışına qadağa varmı? VİDEO

Veb TV | 21:50 • 7 Oktyabr 2024
Silah formasında qələmlər satışa çıxarılıb - Belə ləvazimatların satışına qadağa varmı?

Silah formasında olan qələmlər satışa çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə nisbətən münasib qiymətə şagirdlərin şüuraltına təsir edəcək, eləcə də azyaşlı və yeniyetmələrin diqqətini çəkən ləvazimatların satışa çıxarılmasına dair paylaşım edilib.

Vətəndaşlar bildirirlər ki, bu tip məktəbli ləvazimatlarının satışa çıxarılması məktəblilərin psixologiyasına təsir edir, eləcə də bəzi yeniyetmələrin təhsildən yayınaraq digər sahələrə meyl etməsinə səbəb olur. 

Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, bu məhsulların satışı məktəblilər arasında nizam-intizam qaydalarının pozulmasına və kriminogen hadisələrin baş verməsinə şərait yaradır.

Ekspert onu da vurğulayıb ki, belə məktəbli ləvazimatlarının açıq şəkildə satılmasına dair hər hansısa bir qadağa yoxdur. Bəzi satıcılar da bundan istifadə edirlər.

Ekspert həmçinin söyləyib ki, hər hansısa silah və ya digər kəsici-deşici formada olan ləvazimatların şagirdlər arasında istifadə olunmaması üçün məktəb rəhbərliyi tərəfindən də ciddi nəzarət tədbirləri görülməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti