Xəzər Xəbər

Toy karvanları yollarda süni tıxaca səbəb olurlar XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 21:35 • 7 Oktyabr 2024
Toy karvanları yollarda süni tıxaca səbəb olurlar

Toy karvanları yollarda süni tıxaca səbəb olurlar. Gəlin maşınını müşayiət edən avtomobillər çox vaxt qəza şəraiti də yaradırlar. Sürücülərin sözlərinə görə, yollarda belə hallara tez-tez rast gəlirlər.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər deyirlər ki, çox vaxt toy karvanındakı nəqliyyat vasitələri bir-birini ötməyə çalışaraq sürət həddini də aşırlar.

Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də müraciət yayıb. Bildirilib ki, toy karvanlarında iştirak edən sürücülər qəza-dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolaqlarını tuturlar və yollarda süni sıxlıq yaradırlar. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi toy karvanlarında iştirak edən sürücülərə bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etməyi və yollarda sıxlığın yaranmasına səbəb olmamağı tövsiyə edir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti